
Bakı. Trend:
ABŞ-yə məxsus F-16 qırıcı təyyarəsi “İran hava məkanında” zərər
gördükdən sonra Səudiyyə Ərəbistanında fövqəladə eniş edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, təyyarə ölkənin qərbində yerləşən hərbi
bazaya endirilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, təyyarə İran
əleyhinə ABŞ əməliyyatı çərçivəsində döyüş uçuşundan sonra Yaxın
Şərqdəki bazalardan birinə enib, lakin təfərrüat açıqlanmayıb.

