
Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri ötən gün İranda bir neçə silah
istehsalı zavodunu bombalayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələrinin (IDF) məlumat yayıb.
Bildirilib ki, bu hücumlarda təxminən 50 döyüş təyyarəsi iştirak
edib və İranda üç fərqli ərazi hədəfə alınıb.
IDF-in məlumatına görə, hədəflər arasında müxtəlif silahların
istehsal edildiyi müəssisə, HƏMAS və “Hizbullah” daxil olmaqla,
İranda fəaliyyət göstərən qiyabi qruplar üçün inkişaf etmiş
partlayıcı cihazlar hazırlayan Müdafiə Nazirliyi obyektləri,
həmçinin ballistik və hava hücumundan müdafiə raketlərinin
komponentlərinin istehsal edildiyi obyekt də olub.

