
Bakı. Trend:
“Roma”nın müdafiəçisi Uesli Françasıradan çıxıb.
Trend xarici
KİV-ə xəbər verir ki, futbolçu Braziliya milli komandasının Fransa
ilə keçirdiyi yoldaşlıq oyununda (1:2) zədələnib.
22 yaşlı sağ cinah müdafiəçisi 71-ci dəqiqədə ayaq əzələləsindən
zədə alıb. O, yığmanın düşərgəsini tərk edib və müalicə olunmaq
üçün İtaliyaya yollanıb.
Qeyd edək ki, “Roma” Ueslini mövsümün əvvəlində “Flamenqo”dan 25
milyon avroya transfer edib. Futbolçu A Seriyası təmsilçisinin
heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 2 məhsuldar
ötürmə ilə yadda qalıb.

