Haaland Premyer Liqanın ən yaxşısı seçildi

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland cari mövsümdə
komandasının ən yaxşı oyunçusu seçilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvard
vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin cəminə (37) görə
bütün rəqiblərini geridə qoyub.




Hücumçu bu göstərici ilə Premyer Liqanın digər futbolçularını ən
azı 12 xal qabaqlayır. Siyahı hazırlanarkən oyunçuların fərdi
bacarıqları ilə yanaşı, komandanın taktikasındakı rolları da nəzərə
alınıb.

Qeyd edək ki, araşdırmada yalnız cari mövsümdə Premyer Liqa və
Çempionlar Liqasında ən azı 900 dəqiqə meydanda olan futbolçular
iştirak edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir