Yaponiya Azərbaycan iqtisadiyyatına investisiyaları artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Yaponiyanın Azərbaycana birbaşa investisiyalarının
həcmi 245,453 milyon ABŞ dolları təşkil edib.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici
2024-cü illə müqayisədə 3,971 milyon dollar və ya 1,6% artıb.

Məlumatlara əsasən, hesabat ilində Yaponiyadan Azərbaycana
yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı
payı 3,7% olub.

Eyni zamanda, 2025-ci il ərzində Azərbaycan Yaponiyanın
iqtisadiyyatına 16,199 milyon dollar investisiya yatırıb ki, bu da
əvvəlki illə müqayisədə 9,211 milyon dollar və ya 36,2% azdır.




Azərbaycanın Yaponiya iqtisadiyyatına yatırdığı investisiyaların
ümumi birbaşa xarici investisiyalardakı payı 0,6% təşkil edib.

2024-cü ildə Yaponiyadan Azərbaycana ümumi birbaşa
investisiyaların həcmi 241,482 milyon dollar, əks istiqamətdə isə
25,410 milyon dollar olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici
investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu,
2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi
birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard dollar olub
ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4%
artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir