ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib

Baş səhifə

Mart ayında İsrailin zərbələri nəticəsində Livanda vəzifəsini yerinə yetirərkən həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

“Bu gün Livanın cənubunda daha bir faciə baş verib. Səhiyyə müəssisələrinə edilən beş hücumda doqquz səhiyyə işçisi həlak olub və bu ay həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb”, – o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir