
Bakı. Trend:
Təxminən 3500 dənizçi və dəniz piyadasından ibarət bir qrupu
daşıyan ABŞ-nin “USS Tripoli” amfibiya hücum gəmisi ABŞ Mərkəzi
Komandanlığının (CENTCOM) məsuliyyət bölgəsinə gəlib.
Trend-in
məlumatına görə, bu barədə “CENTCOM”un açıqlamasında
bildirilib.
“Amerika” sinifli gəmi 31-ci Dəniz Piyadaları Ekspedisiya
Bölməsinin bir hissəsi olan “Tripoli” Amfibiya Hazırlıq Qrupunun
flaqman gəmisidir. Gəmidə nəqliyyat və hücum təyyarələri, eləcə də
amfibiya hücum və taktiki vasitələr var.
Daha əvvəl USS Tripoli gəmisinin Yaxın Şərqə göndərildiyi
bildirilmişdi.

