
Bakı. Trend:
Pentaqon ABŞ-nin İranda bir neçə həftə davam edə biləcək mümkün
quru əməliyyatlarına hazırlaşır.
Trend-in
məlumatına görə, bu barədə “The Washington Post” qəzeti xəbər
verib.
Onun mənbələrinə görə, “Amerika əsgərləri və dəniz piyadaları
Yaxın Şərqə gəldikcə, Pentaqon İranda bir neçə həftə davam edəcək
quru əməliyyatlarına hazırlaşır. ABŞ prezidenti Donald Tramp
gərginləşmək qərarına gələrsə, bu, müharibədə təhlükəli yeni bir
mərhələyə çevrilə bilər”.
Yayımlanan məlumatda bildirilir ki, potensial quru əməliyyatlar
ABŞ qüvvələrinin İranı “tammiqyaslı şəkildə ələ keçirilməsi”
nəzərdə tutmayacaq. Bunun əvəzinə onlar, ehtimal ki, “xüsusi
təyinatlı qüvvələrin və adi quru qoşunlarının iştirakı ilə
reydləri” əhatə edə bilər.

