Bərdədə üç otaqlı ev yanaraq yararsız hala düşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bərdənin Çəmənli kəndində üç otaqlı ev bütün əşyaları ilə
birlikdə yanaraq yararsız hala düşüb.

Trend-in yerli
müxbirinin məlumatına görə, yanğın qaz balonundakı nasazlıq
nəticəsində yaranan sızmadan başlayıb.




Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon
yanğınsöndürən briqadası göndərilib. Yanğın operativ şəkildə
nəzarətə götürülərək söndürülüb və alovun yaxınlıqdakı tikililərə
yayılmasının qarşısı alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir