
Bakı. Trend:
Abşeron rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 market, 3
avtomobil və 1 evdən məişət və qızıl-zinət əşyaları, pul, bank
kartları, eləcə də maqnitofonların oğurlanması barədə polisə
məlumatlar daxil olub.
Trend xəbər verir
ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı R.Zeynalov
müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

