Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Sabunçu rayonu ərazisində “BYD” markalı bir avtomobildən qızıl
qolbaq və qulaqcığın oğurlanması barədə polisə müraciət daxil olub.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən,
əvvəllər məhkum olunmuş 27 yaşlı E.Xəlilov müəyyən edilərək
saxlanılıb.

Trend xəbər verir
ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. “Toyota”
markalı avtomobildən qulaqcıq və digər əşyalar oğurlamaqda şübhəli
bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov polis
əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir