Bakıda bədii gimnastika üzrə 31-ci Ölkə Birinciliyi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

26–28 mart tarixlərində Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə 31-ci Ölkə Birinciliyi uğurla baş tutub.

Trend xəbər verir
ki, yarışda ölkənin 18 klubunu təmsil edən 200-ə yaxın gimnast
iştirak edib.

Paytaxt Bakı ilə yanaşı, Abşeron, Sumqayıt, Mingəçevir, Şamaxı,
Zaqatala, Şəki və Gəncə şəhərləri də yarışda təmsil olunub.

Birincilik çərçivəsində gimnastlar balacalar, yeniyetmələr və
gənclər yaş kateqoriyalarında çıxış edərək alətsiz, halqa, top,
gürzlər, lent və iplə proqramlarını nümayiş etdiriblər. Fərdi
proqramlarla yanaşı, balacalar və yeniyetmələr kateqoriyasında qrup
hərəkətləri üzrə çıxışlar da təqdim olunub.




Təsnifat mərhələsinin yekunlarına əsasən final mərhələsinə
vəsiqə qazanan gimnastlar həlledici çıxışlarda ən yüksək nəticələr
uğrunda mübarizə aparıblar. Yarışın nəticələrinə görə fərqlənən
gimnastlar mükafatlandırılaraq fəxri kürsüdə yer alıblar.

Üç gün davam edən birincilik çərçivəsində tamaşaçılar üçün də
müxtəlif interaktiv müsabiqələr təşkil olunub. Müsabiqələrin
qalibləri beynəlxalq turnirə bilet qazanmaq imkanı əldə
ediblər.

Foto: Arif Quluzadə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir