
Bakı. Trend:
Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə
olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin
hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini
artırır.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol
Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
“Sürücülərə tövsiyə olunur ki, belə hava şəraitində hərəkət
zamanı sürət həddini minimuma endirsinlər, ara məsafəsini normadan
artıq saxlasınlar və ötmə kimi riskli manevrlərdən çəkinsinlər:
Xüsusilə işıq cihazlarından düzgün istifadə olunması, yaxın və
duman işıqlarının yandırılması vacibdir.
Piyadalara da tövsiyə olunur ki, yolu keçərkən diqqətli
olsunlar, sürücülərin onları vaxtında görə bilməyəcəyini nəzərə
alaraq qəfil hərəkətlərdən çəkinsinlər.
Dumanlı hava şəraitində hərəkətin təhlükəsizliyi hər bir
sürücünün məsuliyyətli davranışından asılıdır”, – deyə müraciətdə
bildirilib.

