“Mançester Siti” iki transfer üçün 220 milyon avro ayırıb

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Mançester Siti” futbol klubu yay transfer
pəncərəsində heyətini gücləndirmək məqsədilə iki yeni oyunçu üçün
böyük büdcə ayırıb.

Trend xəbər verir
ki, “Şəhərlilər” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və
“Nottingem Forest”dən Elliot Andersonu transfer etmək
niyyətindədir.




Mançester təmsilçisi hər iki futbolçu üçün ümumilikdə 220 milyon
avro (440 milyon AZN) ödəməyə hazırdır.

Bildirilir ki, “Nyukasl” maliyyə “feyr-pley” qaydalarına əməl
etmək üçün bəzi aparıcı oyunçularını satmaq məcburiyyətində qala
bilər. Bu vəziyyətdən yararlanmaq istəyən “Mançester Siti”nin rəsmi
təklifi mövsümün sonunda təqdim edəcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir