Yağış təyyarələrin İstanbulda Sabiha Gökçen Hava Limanına enməsinə çətinlik yaradıb

Baş səhifə

Bu gün İstanbula yağan güclü yağış səbəbilə təyyarələrin Sabiha Gökçen Hava Limanına enməsinə çətinlik yaranıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, uçuş trafikində yaranan sıxlıq nəticəsində yanacağı azalan ümumilikdə 42 təyyarə digər hava limanlarına yönləndirilib.

“Pegasus Airlines” və “AJet”-ə məxsus 32 təyyarə isə İstanbul Hava Limanına istiqamətləndirilib. Türkiyənin Meteorologiya xidmətindən bildirilib ki, əlverişsiz hava şəraiti səbəbilə Sabiha Gökçen Hava Limanında 29–30 mart tarixlərində bəzi uçuşlar ləğv ediləcək. Qurumun açıqlamasında sərnişinlərin uçuş məlumatlarını aviaşirkətlərin rəsmi saytlarından izləmələri tövsiyə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir