
Bakı. Trend:
Küveyt Silahlı Qüvvələrinə məxsus hərbi bazalardan birinin
raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınması
nəticəsində 10 hərbçi yaralanıb.
Trend xəbər verir ki, bu
barədə Küveyt Silahlı Qüvvələrinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, hücum zamanı bazaya maddi ziyan
dəyib. Yaralanan hərbçilərə tibbi yardım göstərilib.
Küveyt Ordusunun məlumatına görə, son 24 saat ərzində Küveyt
hava məkanında 14 ballistik raket və 12 PUA zərərsizləşdirilib.
Məlumatda, həmçinin vurğulanıb ki, mövcud vəziyyət fonunda
ölkənin hava hücumundan müdafiə sistemləri gücləndirilmiş rejimdə
fəaliyyətini davam etdirir.

