Şirvanda yaşayış evində partlayış baş verib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla
müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil
olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı
mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın
baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər
xəsarət alıb.




FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik
tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir