
Bakı. Trend:
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Luka Modriçin
fiziki forması barədə danışıb.
Trend xəbər verir ki,
təcrübəli mütəxəssis bildirib ki, 40 yaşlı yarımmüdafiəçi hələ də
yüksək səviyyədədir və çox peşəkardır:
“Onun vəziyyəti xüsusidir, çünki “Real”da keçirdiyim son
mövsümdə 39 yaşında olmasına baxmayaraq, o, bir il ərzində bir dənə
də olsun məşqi buraxmayıb. O həm fiziki, həm də psixoloji cəhətdən
formadadır. Problem təkcə onda deyil, ümumi olaraq bütün
komandaların oyun sürəti ilə bağlıdır.
Mən Fabio Kapello ilə razıyam ki, Serie A-nın sürəti digər
turnirlərlə müqayisədə fərqlidir. Çempionlar Liqasında səviyyə
yüksələndə bu fərq daha aydın görünür.
Məsələn, İtaliya çempionu “Napoli”, həmçinin “Yuventus” və “İnter” kimi komandalar və hətta keçən il final oynayanlar belə
mərhələləri keçə bilmədi. “Atalanta” isə uğur qazansa da, “Bavariya”dan iki oyunda 10 qol buraxdı,” – deyə Ançelotti
bildirib.

