Qazaxıstanda 300 kq marixuana müsadirə edildi

Baş səhifə

Qazaxıstanın Ulytau vilayətində ölkənin cənub regionlarından narkotik maddələrin iri təchizat kanalının qarşısı alınıb.

Modern.az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, Jezkazgan – Karagandı avtomobil yolunda narkotiklərin daşınmasına cəlb edilən beş nəfər saxlanılıb. Onlar narkotiklərin daşınmasının müşayiətini və koordinasiya funksiyalarını həyata keçiriblər.

Nəqliyyat vasitəsində axtarış zamanı ümumi çəkisi 300 kq-dan artıq olan 13 paket marixuana aşkar edilərək götürülüb. İlkin qiymətləndirməyə görə, müsadirə edilən həcm bir milyona qədər birdəfəlik dozaya bərabərdir, qara bazardakı dəyəri isə 3 milyon ABŞ dollarına çata bilər.

Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir