
Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisi bu gün “FIFA Series – 2026”
beynəlxalq turnirində ikinci oyununa çıxacaq.
Trend xəbər verir
ki, komanda Syerra Leone yığması ilə qarşılaşacaq.
Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda
keçiriləcək.
Oyun saat 19:00-da başlayacaq.
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz
turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib
gəlib.
FIFA Series-2026
30 mart 19:00.
Azərbaycan – Syerra Leone
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

