
Bakı. Trend:
Martın 29-da cinayət törətməkdə şübhəli bilinən 34 nəfər
saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 36, əvvəlki
dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20, o
cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt
müəyyən edilib.

