Türkiyə ölkənin müharibəyə qoşulacağı ilə bağlı iddialara münasibət bildirib

Baş səhifə

Bakı. Trend:

Bəzi sosial media paylaşımlarında yer alan Türkiyənin İranın
lehinə müharibəyə qoşulacağı və ya Livana daxil olacağı ilə bağlı
iddiaların dezinformasiya xarakteri daşıyır.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının
Kommunikasiya İdarəsinin Düzinformasiya ilə mübarizə mərəzinin
açıqlamasında qeyd olunuub.

Açıqlamada bildirilir ki, Türkiyə münaqişənin əvvəlindən
etibarən müharibənin tərəfi olmadığını bəyan edib. Prezident Rəcəb
Tayyib Ərdoğanın rəhbərliyi ilə hücumların tezliklə dayandırılması,
müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün
təmin olunması istiqamətində intensiv diplomatik səylər
göstərilir.




Vurğulanıb ki, Türkiyənin bu mövqeyi başda münaqişə tərəfləri
olmaqla digər aktorlar tərəfindən də müsbət qiymətləndirilir.

Eyni zamanda əlavə edilib ki, bu cür dezinformasiya xarakterli
paylaşımlar psixoloji müharibənin bir hissəsidir və Türkiyənin
imicinə zərbə vurmaq, eləcə də böhrandakı konstruktiv rolunu kölgə
altına almaq məqsədi daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir