
Bakı. Trend:
“Mançester Yunayted” “Nyukasl”ın futbolçusu Sandro Tonali ilə
danışıqlara başlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano
məlumat yayıb.
“Nyukası” rəsmilərinin 25 yaşlı yarımmüdafiəçiyə yayda daha
ciddi təkliflər olacağını gümna etdiyindən “Mançester Yunayted”ə
cavab verməkdə tələsmirlər.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm bütün
turnirlərdə 47 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

