
Bakı. Trend:
ABŞ və İran vasitəçilər vasitəsilə mesaj mübadiləsi aparır və
əlaqələrini davam etdirir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Qətərin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “diplomatiyaya
və nəticə əldə etməyə üstünlük verir”.
Eyni zamanda, M.Rubio vurğulayıb ki, Vaşinqton “İrana gələcəyə
fərqli baxışı olan insanlar rəhbərlik edəcək” ssenarisini
alqışlayır. “Əgər belə bir fürsət yaranarsa, biz bundan
yararlanacağıq”, – deyə ABŞ dövlət katibi əlavə edib.

