
Xocalı. Trend:
Xocalı rayonunda yol-nəqliyyat hadisəsi zamanı ANAMA əməkdaşı
həyatını itirib.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, Elnur Rüstəmov idarə etdiyi yük
avtomobili ilə Xocalı rayonu ərazisində hərəkətdə olarkən
idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb və sürücü
hadisə yerində dünyasını dəyişib.
Bildirilib ki, E.Rüstəmov əslən Füzuli rayonundandır və ANAMA-da
sürücü vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.

