Ağstafanın bir neçə kəndində qaz kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Şəmkir Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Ağstafa xidmət
sahəsi üzrə aparılacaq təmir işləri ilə əlaqədar bir sıra yaşayış
məntəqələrində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.

Bildirilib ki, Ağstafa rayonu Köçəsgər AQPS-dən qidalanan
ərazilərdə xidmət sahəsi tərəfindən aşkar edilmiş qaz sızmalarının
aradan qaldırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi,
həmçinin daşıyıcı qaz xətti üzərində yerləşən siyirtmələrdə
yaranmış sızmaların ləğvi məqsədilə qaz verilişinin müvəqqəti
dayandırılması zərurəti yaranıb.




Bununla əlaqədar olaraq, 31 mart 2026-cı il tarixdə saat
11:00-dan etibarən işlər başa çatanadək Köçəsgər AQPS-dən qaz alan
Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırılı,
Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərində (ümumilikdə 5590
abonent) qaz təchizatı dayandırılacaq.

Qurum abonentlərdən aparılan işlər başa çatanadək anlayışla
yanaşmağı xahiş edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir