Bir ailə qəzaya düşdü: 2 ölü, 3 yaralı

Baş səhifə

Bu gün saat 05 radələrində Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisində ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Elvin Hacıyev Modern.az-a bildirib ki, Qəbələ sakinin idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir. 

Qəzaya düşənlər bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir