Beyləqanda qadın sirkə turşusundan zəhərlənib

Baş səhifə

Beyləqan. Trend:

Beyləqan rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb.

Trend-in yerli
müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Toğrul Atakişiyev
küçəsində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Familə Hüseynova sirkə
turşusundan zəhərlənib. O, yaxınlarının köməyi ilə Beyləqan Rayon
Mərkəzi Xəstəxanasına çatdırılıb.




Faktla bağlı araşdırma aparılır.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə,
ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi
Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam
etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir