Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlərdə dinamik şəkildə inkişaf edir – Səfir

Baş səhifə

Bakı. Trend:

Bu gün Qazaxıstan ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq
bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir.

Trend xəbər verir
ki, bunu jurnalistlərə Qazaxıstanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Alim Bayel “Dövlət idarəçiliyində innovativ
texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda
təcrübə proqramının açılışı çərçivəsində bildirib.

“Bu gün dünyada vəziyyət, gördüyünüz kimi, çox mürəkkəbdir. Buna
görə də qardaş türk dövlətləri bir yerdə olmalı, birgə fəaliyyət
göstərməli və birliyi möhkəmləndirməlidirlər. Mən qəti şəkildə
əminəm ki, qarşıdakı dövr böyük çağırışlarla yanaşı, böyük
imkanlarla da zəngin olacaq. Bu dövrdə məhz xalqla hakimiyyətin bir
olduğu, vahid cəbhə kimi çıxış etdiyi ölkələr ayaqda qalacaq. Bu
baxımdan, əlbəttə ki, dövlət aparatı və dövlət qulluqçularının rolu
çox böyükdür”, – deyə A. Bayel bildirib.

Səfirin sözlərinə görə, dövlət xidməti səmərəli və müasir
olmalıdır.

“Bu səbəbdən belə proqramlar böyük əhəmiyyət kəsb edir və biz bu
təlimin təşkilinə görə Azərbaycan tərəfinə çox minnətdarıq”, – deyə
o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir