
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Qayıdış
proqramı çərçivəsində bu mərhələdə Xocavənd şəhərinə 64 ailə,
ümumilikdə 253 nəfərdən ibarət köç karvanı yola salınıb.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, köçürülən ailələr respublikanın
müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati
binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər onlara göstərilən yüksək dövlət
qayğısına görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
təşəkkürlərini bildiriblər.
Sakinlər həmçinin torpaqların işğaldan azad olunması uğrunda
göstərilən şücaətə görə Azərbaycan Ordusunun əsgər və zabitlərinə
minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən
şəhidlərə rəhmət diləyiblər.
Xəbər yenilənəcək

