Sabah Azərbaycanda 25 dərəcə isti olacaq

Baş səhifə

Bakı.Trend:

Aprelin 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış
yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.




Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə
qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir
duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti,
dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir