
Bakı. Trend:
Konqo Futbol Federasiyasının keçmiş prezidenti Jan-Qi Bleza
Mayolasa ölkə rəhbərliyinin müraciəti əsasında beynəlxalq axtarışa
verilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Adı çəkilən keçmiş rəhbər korrupsiya ilə əlaqədar mart ayında
qiyabi olaraq ömürlük azadlıqdan məhrum edilib. Mayolas, həyat
yoldaşı və oğlu ilə məhkəmə dinləmələrindən bir neçə həftə əvvəl
ölkədən qaçıb. Onun Konqo ilə qonşuluqda olan Afrika ölkələrindən
birində gizləndiyi güman edilir.
2025-ci ildə FIFA Konqo yığmasını 2026-cı il dünya çempionatının
seçmə turnirində iştirakdan kənarlaşdırmışdı, belə ki, icra
orqanlarının futbol federasiyasının fəaliyyətinə müdaxiləsi faktı
müəyyən edilmişdi. Buna görə, konqolular qarşıdakı mundialda
iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, Futbol üzrə Dünya Çempionatı (FİFA 2026) 11 iyun
– 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

