
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada
Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Trend Rusiya KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kremelin mətbuat xidməti
məlumat yayıb.
Məlumata görə, aparılan danışıqların gündəliyinə bir sıra
ikitərəfli və regional məsələlər daxil olacaq.
“Danışıqlarda Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq
və ittifaq münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri,
Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional
gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və
nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirəsi
planlaşdırılır”, – məlumatda qeyd olunur.

