Paşinyana hücum cəhdi ilə bağlı 3 nəfər həbs olunub

Baş səhifə

Bakı. Trend:

Ermənistanda Müqəddəs Anna kilsəsində ölkənin Baş naziri Nikol
Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfər barəsində cinayət işi
açılıb.

Trend bu barədə
Ermənistan KİV-ə istinadən xəbər verir.




Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyanın
bildirdiyinə görə, ilkin istintaq çərçivəsində bir nəfərə
xuliqanlıq və vəzifəli şəxsin qanuni xidmət və ya siyasi
fəaliyyətinə müdaxilə ittihamı irəli sürülüb, ikinci vətəndaşa
xuliqanlığa və vəzifəli şəxsin qanuni xidmət və ya siyasi
fəaliyyətinə müdaxiləyə kömək etmək, digər şəxsə isə xuliqanlıq və
vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə
təşkil etmək ittihamı verilib.

Qeyd edək ki, Ermənista KİV-in məlumatına görə, insident martın
29-da Müqəddəs Anna kilsəsində liturgiya zamanı baş verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan cangüdənləri ilə çıxışa
doğru gedərkən iştirakçılardan biri ona yaxınlaşmağa çalışaraq
“mənə elə baxma!” ifadəsini səsləndirib. Arxadan ikinci şəxs
Paşinyana zərbə endirməyə cəhd edib. Cangüdənlərin həmin şəxsləri
uzaqlaşdırmaq cəhdlərinə Paşinyan “sakitləşin” deyə cavab
verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir