İran müharibəsi Avrozonada inflyasiyanı sürətləndirib

Baş səhifə

Bakı. Trend:

İran münaqişəsi, Hörmüz boğzasında neft daşımalarında yaranan
fasilələlər və bu hadisələr zəncirinin yaratdığı qlobal enerji şoku
fonunda Avrozonada istehlak qiymətlərində sürətli artım müşahidə
olunmaqdadır.

Trend xəbər verir
ki, bu barədə “Euronews” telekanalı “Eurostat”a istiadən məlumat
verir.

Məlumata görə, hazırda vahid valyuta zonasında 2022-ci ilin
oktyabrından bəri ən yüksək inflyasiya tempi qeydə alınıb.

Bir ay əvvəl enerji avrozonada inflyasiyanın aşağı səviyyədə
qalmasına dəstək olurdu. Fevral ayında enerji qiymətləri illik
ifadədə 3,1% azalmışdı və ümumi inflyasiya səviyyəsi 1,9% olmaqla
Avropa Mərkəzi Bankının 2%-lik hədəfi civarında idi. Daha sonra
İran müharibəsinin başladı və bu istehlak qiymətlərinin artımına
əhəmiyyətli dərəcədə təsir göstərdi.

“Eurostat”ın çərşənbə axşamı yayımladığı ilkin hesabata əsasən,
Avrozonada illik inflyasiya mart ayında 2,5%-ə yüksəlib. Hərçənd
fevralda bu göstərici illik ifadədə 1,9% təşkil edirdi.




Enerji şoku 2022-ci ildən bəri ən sürətli aylıq inflyasiya
artımına səbəb olub.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın
nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə
razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı
qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki
6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli
sanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı
sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə
tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən
birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə
BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında
yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9
247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın
həcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı
zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret
razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə
nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail
İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin
müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir