
Bakı. Trend:
Rusiya qəti şəkildə sülhə qarşı çıxır və danışıqların
imitiasiyasını yaradır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu sərt ittihamlarla Avropa İttifaqının
xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas “Ukrinform”
agentliyinə verdiyi müsahibədə çıxış edib.
“Rusiya qəti şəkildə sülhə qarşı çıxır. Biz görürük ki, ruslar
bir şey deyir, amma əslində Ukraynanı bombalayır və atəşkəsə
razılaşmırlar, halbuki Ukrayna hələ bir il əvvəl qeyd-şərtsiz
atəşkəsə razılıq verib. Biz onları elə bir vəziyyətə düşməyə məcbur
etməliyik ki, öz hesablamalarını dəyişsinlər və danışıqların
imitasiyasından müharibənin dayandırılması ilə bağlı razılaşmalara
keçsinlər. Əfsuslar olsun ki, biz hələ o məqama çatmamışıq”, –
Kallas bildirib.
Qeyd edək ki, martın 30-da Ukrayna prezidenti Volodimir Zelenski
jurnalistlərə bildirib ki, sülh danışıqları dalana dirənməyib və
indi top həm meydanın həm ABŞ-yə, həm də Rusiyaya aid olan
tərəfindədir.
Zelenski həmçinin, Ukraynanı uduzan tərəf hesab etməkdən imtina
edib və Kiyevin təslim olmayacağını vurğulayıb.

