AYİB-in manatla buraxdığı istiqrazlara görə növbəti kupon ödənişi həyata keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM)
tərəfindən aprelin 1-də Avropa Yenidənqurma və İnkişaf Bankının
buraxdığı, dəyişən faizli (floating rate) və AZİR-ə (Banklararası
Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslanan
istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.

Trend bu
barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1
586,22 (bir min beş yüz səksən altı manat 22 qəpik) manat təşkil
edir.




Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlət
qeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsi
ötən ilin oktyabrın 1-də uğurla baş tutub.

Əlavə edək ki, prosesin anderrayterləri “ABB-İnvest” və “Unicapital” investisiya şirkətləridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir