Kallas Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyalardan danışıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Rusiyanın “kölgə donanması” üçün dəniz
xidmətlərinin tam qadağan edilməsini, həmçinin rus hərbçilərinin
Aİ-yə girişinin məhdudlaşdırılmasını müzakirə edir və eyni zamanda
Rusiyaya qarşı “xüsusi tribunal”ın yaradılması üzərində işi davam
etdirir.

Trend xəbər verir
ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas “Ukrinform”
agentliyinə müsahibəsində bildirib.

“Düşünürəm ki, biz daha irəli getməliyik. Kölgə donanması üçün
dəniz xidmətlərinə tam qadağanı müzakirə edirik. Bu, mütləq təsir
göstərəcək, çünki Rusiyada hasil olunan neftin ümumi həcminin
təxminən 45%-i Baltik dənizi vasitəsilə daşınır. Üzv dövlətlər rus
hərbçilərinin Avropaya girişinin qadağan edilməsi təklifi ilə çıxış
ediblər. Müzakirələr davam edir”,- o bildirib.




Onun sözlərinə görə, bir çox üzv dövlətlər Ukraynadakı
müharibədə iştirak edən şəxslərin Avropaya girişinə qadağanı
dəstəkləyir, çünki hesab edirlər ki, Aİ “gələcəyi düşünməlidir” və
rus hərbçiləri guya Avropanın təhlükəsizliyinə “təhdid” yarada
bilər.

Kallas həmçinin vurğulayıb ki, hazırda Aİ rəhbərliyi üçün vacib
məsələ üzv dövlətlərin Rusiyaya qarşı nəzərdə tutulan “xüsusi
tribunal”ın yaradılması haqqında sazişi ratifikasiya etməsidir.
Onun sözlərinə görə, bu addım digər ölkələri də bu təşəbbüsə
qoşulmağa dəvət etməyə imkan verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir