
Bakı.Trend:
Qəhvə lətinin cöhvəri iltihabı azalda və bağırsaq hüceyrələrini
qoruya bilər.
Trend xəbər verir
ki, belə bir nəticəyə onun xüsusiyyətlərini laboratoriya
modellərində araşdıran tədqiqatçılar gəliblər. Tədqiqatın
nəticələri “Food & Function” (F&F) jurnalında təqdim
olunub.
Alimlər həzm prosesini modelləşdirərək müəyyən ediblər ki, bu
prosesdən sonra cöhvərdə aktiv maddələr, o cümlədən kofein və fenol
birləşmələri qorunub saxlanılır. Bu komponentlər sərbəst
radikalları neytrallaşdırmaq və hüceyrə zədələnməsi ilə iltihabın
inkişafında əsas amillərdən biri olan oksidativ stresi azaltmaq
qabiliyyətinə malikdir.
Bağırsaq və immun sistem hüceyrələri üzərində aparılan
təcrübələrdə həmin cövhər iltihabəleyhinə olmayan (proinflamatuar)
molekulların istehsalını zəiflətib, eyni zamanda iltihabəleyhinə
siqnallara dəstək olub.
Bundan əlavə aparılan təhlillər göstərib ki, onun komponentləri
iltihabın tənzimlənməsində iştirak edən hüceyrədaxili mexanizmlərə,
xüsusilə immun cavabı idarə edən siqnal yollarına təsir göstərə
bilər.

