“Milan” serbiyalı hücumçu transfer edib

Baş səhifə

Bakı. Trend:

İtaliya futbolunun nəhənglərindən olan “Milan” klubu heyətini
yeni gənc istedadla gücləndirib.

Trend xəbər verir
ki, İtaliya təmsilçisi Serbiyanın “Partizan” klubunda çıxış edən
Andrey Kostiçin transferini uğurla yekunlaşdırıb.




“Qırmızı-qaralar” 19 yaşlı monteneqrolu forvardın keçidi üçün
Belqrad klubuna 3,5 milyon avro təzminat ödəyəcək. Gənc hücumçunun
rəsmi olaraq iyulun 1-dən etibarən “Milan”ın düşərgəsinə qoşulacağı
planlaşdırılır.

Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, “Partizan”
futbolçunun gələcək satışından əlavə 10 faiz pay almaq hüququnu da
qoruyub saxlayır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir