Azərbaycanda hansı vaxtlarda və harada balıq tutmaq qadağandır?

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, aprelin 1-dən sentyabrln
1-dək Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su
anbarlarında balıq ovu mümkün olmayacaq.

Trend-in
məlumatına görə, 2 iyun 2017-ci ildən Azərbaycanda bir sıra su
obyektlərində müxtəlif zaman aralıqlarında balıq ovu qadağan
edilib.

Belə ki, bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su
bioresurslarının sənaye ovu qadağandır:

  • Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin
    sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki
    dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın
    mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış məntəqəsi
    istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu
    kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər dənizinin
    dərinliyinə doğru 7 km-lik sahədə;
  • dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür)
    ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı
    kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;
  • Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;
  • su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək
    ərazilərdə.

Həmçinin, aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq
və digər su bioresurslarının sənaye ovuna icazə verilir:




Sıra

№-si

Balıqçılıq və su obyektləri

Ov alətləri

Ova icazə verilən müddətlər

1

2

3

4

Xəzər dənizində (gölündə)

1.

Axçalı və siyənək balıqlarının ovu

dayanan nevodlar

yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının
1-dən dekabr ayının 31-nə qədər

2.

Axçalı və siyənək balıqlarının ovu

axçalı balıq torları

yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr
ayının 1-dən dekabr ayının 31-nə qədər

3.

Gəmilərlə kilkə ovu

konus tor, müxtəlif dərinlikli pelagik tral və
nasoslar

yanvar ayının 1-dən may ayının 1-nə qədər və iyun ayının
1-dən dekabr ayının 31-nə qədər

4.

Siyənək və axçalı balıqların ovu

siyənək torları

fevral ayının 1-dən may ayının 1-nə qədər

5.

Sahil kilkəsinin ovu

dayanan nevodlar

yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr
ayının 15-dən dekabr ayının 31-nə qədər

6.

Kefal və digər axçalı balıqların ovu

cibli kefal torları

yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının
1-dən dekabr ayının 31-nə qədər

7.

H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının
sərhədlərinə qədər olan sahilboyu ərazilərdə siyənək və axçalı
balıqların ovu

atılan nevodlar

mart ayının 1-dən aprel ayının 15-nə qədər

8.

Xərçəng və krevet ovu

venterlər

iyul ayının 1-dən noyabr ayının 1-nə qədər

Kür çayında

9.

Axçalı balıqların ovu

atılan nevodlar və üzən çay torları

yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr
ayının 1-dən dekabr ayının 31-nə qədər

10.

Kür çayının əlavə sularında axçalı balıqların ovu

üzən çay torları

yanvar ayının 1-dən mart ayının 1-nə qədər və sentyabr
ayının 1-dən dekabr ayının 31-nə qədər

11.

İlanbalığının ovu

venterlər

yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının
1-dən dekabr ayının 31-nə qədər

Göllərdə

12.

Candargöl və Sarısu göllər sisteminə daxil olan su
obyektlərində axçalı balıqların ovu

axçalı balıq torları və venterlər

yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr
ayının 1-dən dekabr ayının 31-nə qədər

Su anbarlarında

13.

Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Ağstafa və Varvara su
anbarlarında axçalı balıqların ovu

axçalı balıq torları və venterlər

yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr
ayının 1-dən dekabr ayının 31-nə qədər

14.

Mingəçevir, Araz və Varvara su anbarlarında xərçəng və
krevet ovu

venterlər

iyul ayının 1-dən noyabr ayının 1-nə qədər

Meliorativ kollektorlarda

15.

Axçalı balıqların ovu

dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq
torları

yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının
1-dən dekabr ayının 31-nə qədər

16.

İlanbalığının ovu

venterlər

yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının
1-dən dekabr ayının 31-nə qədər

17.

Krevetlərin ovu

venterlər

iyul ayının 1-dən noyabr ayının 1-nə qədər

Digər su obyektlərində

18.

Göl qurbağasının ovu

domca

may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının
1-dən noyabr ayının 1-nə qədər

Aşağıdakı ərazilərdə və müddətlərdə balıq və digər su
bioresurslarının sənaye balıq ovu qadağandır
:

  • Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki
    tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın
    1-dən avqustun 15-nə kimi;
  • Kür çayının qadağan sahəsinin şimal sərhədindən Sabirabad
    rayonunun Bala Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən
    mayın 31-nə kimi;
  • Böyük Qızılağac körfəzinin sahələrində: Kür dilinin cənub
    qurtaracağından Kiçik Qızılağac körfəzinin suburaxma kanalının
    sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-nə kimi;
  • Kiçik Qızılağac körfəzinin balıqkeçirici kanalından 1 km şimala
    və 1 km cənuba, habelə dənizin içərisinə doğru 3 km ərazilərdə
    fevralın 1-dən mayın 1-nə kimi.

Vətəgə əhəmiyyətli balıqların minimum ölçüləri
(santimetrlə):

Balığın növü

Dənizdə

Kürdə və daxili su hövzələrində

Bölgə

180

165

Nərə

105

105

Uzunburun

110

90

Sıf

43

Çəki

40

Kütüm

35

Xramulya

24

Kefal

24

Şamayı

19

Şirbit

52

Çapaq

26

Külmə

17

Xəşəm

41

Qarasol

17

Qarabel siyənək

20

Şişqarın siyənək

14

Kür qızılbalığı

76

Adi kilkə

6

İrigöz və ançousabənzər kilkə

7

Vətəgə ölçülərinə çatmamış balıq növlərinin ovuna yol
verilən norma həddi:

  • atılan nevod və üzən torlarla vətəgə ölçülərinə uyğun gəlməyən
    axçalı balıqların miqdarı, bir dəfə tor süzüldükdən sonra ümumi
    ovun 8 faizindən, qurma axçalı balıq torları ilə ov zamanı 15
    faizindən, dayanan nevod, venter, karava və tələ quruluşu digər ov
    alətləri ilə ov zamanı 40 faizindən, kilkə nevodları ilə ov zamanı
    50 faizindən çox olmamaqla ovuna yol verilir;
  • gəmilərlə kilkə ovunda ov alətlərinə düşən (konus tor və
    nasoslar) siyənək və digər axçalı balıqların miqdarının ovun 0,3
    faizindən çox olmasına yol verilmir. Dayanan nevodlarla və
    gəmilərlə kilkə ovunda vətəgə ölçülərinə uyğun gəlməyən kilkələr
    ümumi ovun 20 faizindən çox olmamalıdır;
  • ov alətlərinin ölçüləri (millimetrlə);

alətlər

Maksimum uzunluğu (m)

Tələquruluşlu ov alətlərində istifadə olunan torların
gözünün ölçüləri (mm)

Axçalı və siyənək balıqlarının, habelə göl qurbağasının
ovunda istifadə edilən ov alətlərinin (torların) gözünün ölçüləri
(mm)

çəpərdə

qazanda və qollarda

enli hissə

ensiz hissə

1

2

3

4

5

6

7

Axçalı balıq torları

25

30×30 – 60×60

Siyənək torları

25

42×42 – 44×44

Dayanan nevodlar (axçalı və siyənək balıqlarının ovu
üçün)

1000

40×40-

45×45

36×36-

44×44

Dayanan nevodlar (sahil kilkəsinin ovu üçün)

1000

6,5×6,5

6,5×6,5

Karavalar

25

40×40-

45×45

36×36-

44×44

Venterlər (axçalı balıqların ovu üçün)

25

40×40-

45×45

32×32-

40×40

Venterlər (ilanbalığının ovu üçün)

1

6,5×6,5

Venterlər (xərçəng ovu üçün)

5

12×12

12×12

Venterlər (krevet ovu üçün)

32,5

6,5×6,5

6,5×6,5

Konus tor (gəmilərlə kilkə ovu üçün)

5

6,5×6,5

Müxtəlif dərinlikli pelagik tral (gəmilərlə kilkə ovu
üçün)

15

8×8-

10×10

Kefal ovu üçün cibli torlar

350

300x 300

40×40-

50×50

Üzən torlar

235

yazda-

35×35, payızda və qışda-

55×55

Atılan nevodlar

400,5

yazda və yayda

50×50, payızda və qışda

40×40

yazda və yayda- 35×35, payızda və qışda –

30×30

Domca (göl qurbağasının ovu üçün)

25×25

Atılan nevodların bütün növlərində hər bir köməkçi qolların,
yaxud dəhlizin uzunluğu, həmin ov alətlərinin qollarının və ya
çəpərinin uzunluğunun üçdə birindən çox olmamalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir