Azərbaycan U-21 millisi Bolqarıstanla heç-heçə edib

Baş səhifə

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu
keçirib.

Trend xəbər verir
ki, B qrupunda mübarizə aparan yığma səfərdə Bolqarıstanın müvafiq
yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda baş tutan
qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.




Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimiz
turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 yığmamız qrupda növbəti oyununu sentyabrın
25-də doğma meydanda Çexiya millisinə qarşı keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir