
Bakı.Trend:
Sabunçu rayonunun bəzi ərazilərində işıq təminatında fasilə
yaranacaq.
Bu barədə Trend-ə
“Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, aprelin 1-də Sabunçu Rayon Enerji Təchizatı və
Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata
keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu
qəsəbəsi, Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1,
2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

