Qızılın qiyməti 4700 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

COMEX birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl
fyuçerslərinin qiyməti 20 mart 2026-cı ildən bəri ilk dəfə olaraq 1
troy unsiyası üçün 4700 dolları keçib.

Trend xəbər verir
ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, qızılın qiyməti
3,15 faiz artaraq 1 troya unsiyası üçün 4701,1 dollara çatıb.




Saat 22:25-ə qədər fyuçerslər artım tempini bir qədər itirərək 1
unsiya üçün 4694,9 dollar (+3,01 faiz) səviyyəsinə enib.

Bu arada, 2026-cı ilin may ayı üçün çatdırılma nəzərdə tutulan
gümüş fyuçersləri 1 troya unsiyası üzrə 75,275 dollar (+6,67 faiz)
səviyyəsində olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir