
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin beşinci nəsil F-35 qırıcı təyyarəsi
Nevada ştatındakı təlim poliqonunda qəzaya uğrayıb.
Trend xəbər verir
ki, bu barədə “BNO News” portalı məlumat yayıb.
Məlumatına görə, təyyarənin pilotu katapult etməyi bacarıb və
yüngül xəsarət alıb.
Portal təyyarənin qəzaya uğramasının mümkün səbəblərini
açıqlamayıb.

