Bu rayonda 2394 abonentin qazı kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Şəmkir Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qazax Xidmət
Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar Qazax
rayonunun Daşsalahlı kəndində qaz təchizatında fasilə
yaranacaq.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.




Bildirilib ki, Əskipara Qazpaylayıcı Stansiyasından (QPS)
qidalanan müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş
sızmaların aradan qaldırılması məqsədilə 1 aprel 2026-cı il
tarixində saat 10:00-dan etibarən qaz verilişi işlər başa çatanadək
dayandırılacaq.

Qaz təchizatının məhdudlaşdırılması müddətində ümumilikdə 2394
abonentin qaz təminatında fasilə yaranacağı qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir