Gömrükdə 100 kiloqramdan artıq narkotik vasitə aşkar edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi
tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik
vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsindən Trend-ə verilən məlumata görə, “Astara” gömrük
postunda “kələm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen
qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük
yoxlaması həyata keçirilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindən kələm
formasına salınaraq gömrük nəzarətindən gizlədilən,
qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565
qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş və ümumi təmiz
çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə
– həşiş qətranı aşkar edilib.




Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir