
Bakı. Trend:
Əfqanıstanda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq
sürüşmələri nəticəsində azı 42 nəfər həyatını itirib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təbii
Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.
İtkilərlə yanaşı azı 66 nəfərin müxtəlif dərəcəli xəsarətlər
aldığı bildirilir.
Martın 25-dən bəri ölkədə müşahidə olunan əlverişsiz hava
infrastruktura və yaşayış məntəqələrinə də ciddi ziyan vurub:
ümumilikdə 476 yaşayış evinə zərər dəyib.

