
Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin miqrasiya departamentinin
əməkdaşları son bir neçə gün ərzində 103 xarici vətəndaşı
deportasiya ediblər, onların arasında Azərbaycan vətəndaşları da
olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin
məlumatında bildirilir.
Gürcüstandan deportasiya edilən əcnəbilər – Azərbaycan,
Banqladeş, Bolqarıstan, Qana, Misir, Hindistan, Qazaxıstan, Çin,
Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə,
Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları olub.
Nazirliyin məlumatına görə, cari ilin birinci rübündə
Gürcüstandan 904 qanunsuz miqrant çıxarılıb, mart ayında isə bu
rəqəm 360 nəfər təşkil edib.
Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qanunsuz
miqrantlara qarşı mübarizə gücləndirilib.

