Azərbaycanda turizm sahəsində yeni dövlət standartı qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS
OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət
standartı qəbul edilib.

Trend bu
barədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni standart yerləşmə vasitələri, tur paketləri,
turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini
əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm
obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına
dair əsas prinsipləri və tələbləri müəyyən edir.




“Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm
sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal
xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi,
İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim
edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da
müştəri məmnuniyyətinin artırılmasıdır”, – məlumatda
vurğulanıb.

Qeyd edək ki, sözügedən standart “Turizm və əlaqədar xidmətlər”
standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06) tərəfindən
təqdim edilib və AZSTAND tərəfindən təsdiq edilərək
Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir